"Omoniya" Azərbaycan futbol camiəsinə tanış rəqibdir" - Rəşad Sadıqov sabahkı oyun barədə

"Omoniya" Azərbaycan futbol camiəsinə tanış rəqibdir" - Rəşad Sadıqov sabahkı oyun barədə

"Zirə" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Omoniya" ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib və fikirlərini bölüşüb:

"Artıq iki aya yaxındır ki, avrokuboklarda çıxış edirik. Rəqib komanda təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub. "Omoniya" Azərbaycan futbol camiəsinə tanış rəqibdir. "Qarabağ" və "Qəbələ"yə qarşı mübarizə aparıblar. Heyətlərini yeni futbolçularla gücləndiriblər. Bu, onların çıxışlarına müsbət təsir edib. Sabah azarkeşlər maraqlı və gərgin oyuna şahidlik edəcəklər".

Xatırladaq ki, qarşılaşma sabah Nikosiyadakı GSP stadionunda baş tutacaq və Bakı vaxtilə saat 21:00-da start götürəcək.