"Unudulmaz oyun gördük” - Əfsanəvi Lotar Matteus
1990-cı ildə Bundestimin heyətində dünya çempionu adını qazanmış Almaniya futbolunun canlı əfsanəsi Lotar Matteus UEFA Avropa Liqasının 1/8 final mərhələsinin dünən "BayArena"da baş tutan "Bayer" - "Qarabağ" görüşü barədə təəssüratlarını bölüşüb.
Mediasport.az xəbər verir ki, veteran ulduz həmyerlilərinin 3:2 hesablı qələbəsini şərh edib.
O, Leverkuzen təmsilçisinin oyunu zəif keçirdiyini vurğulayıb:
“Lakin əminəm ki, bu oyunu hələ uzun müddət xatırlayacağıq. Komanda sona qədər oynadı və istəyinə nail oldu. Bu, Şabi Alonsonun rəhbərliyi altında komandanın son aylardakı inkişafını göstərir. Biz unudulmaz oyun gördük”.