UEFA azarkeşlərin intizamsızlığına görə "Qarabağ"ı cərimələyib
UEFA avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ"ı cərimələyib.
Mediasport.az xəbər verir ki, Ağdam klubu azarkeşlərinin Almaniyada "Bayer"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda pirotexniki vasitələrdən istifadə etdiyinə görə 1750 avro cərimə ödəyəcək.
Azərbaycan çempionuna leverkuzenlilərlə Bakıda keçirilən görüşdə 5 futbolçusu sarı vərəqə aldığı üçün isə xəbərdarlıq edilib.