"Qarabağ"ın Avropa Liqası rəqibi UEFA tərəfindən cərimələndi
"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi "Malmö" UEFA tərəfindən cərimələnib.
Mediasport.az xəbər verir ki, buna səbəb İsveç klubunun Çempionlar Liqasının pley-offun ilk matçında "Sparta" (Çexiya) ilə görüşündə yaşananlar olub (0:2, ümumi hesab - 0:4).
Azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün "Malmö" 38 min avro cərimə ödəməli olacaq.
Ağdam təmsilçisi Skandinaviya klubu ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.