Afrikalı yeni mövsümdən Premyer Liqamızda oynayacaq - RƏSMİ

Afrikalı yeni mövsümdən Premyer Liqamızda oynayacaq - RƏSMİ

“Zirə” bu gün heyətini ikinci futbolçu ilə gücləndirib.

MediaSport.az xəbər verir ki, komanda Stefan Akanı heyətinə qatıb.

32 yaşlı afrikalı müdafiəçiylə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın  “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitat Krayova 1948”, “Unversitat Krayova”, Türkiyənin “Ərzurumspor”, İsrailin “İroni Kiryat Şmona”, “Sektzia Ness Ziona”  klublarının şərəfini qoruyub.