“Turan Tovuz”un oyununa 2 manata bilet al, qiymətli hədiyyə qazan!

“Turan Tovuz”un oyununa 2 manata bilet al, qiymətli hədiyyə qazan!

“Turan Tovuz” - “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun martın 10-da saat 15:30-da Tovuz şəhər stadionunda baş tutacaq. 

Tovuz klubunun rəsmi tərəfdaş "İnci Group of Companies" tərəfindən matçdan sonra lotereya təşkil olunacaq.