Cüdo üzrə Azərbaycan çempionatı bu gün başa çatacaq

Cüdo üzrə Azərbaycan çempionatı bu gün başa çatacaq

Kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatında sonuncu yarış günü keçiriləcək.

Mediasport.az xəbər verir ki, 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında -57 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində, kişilər arasında isə -73 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, 16:00-da start götürəcək final görüşləri "İdman TV" vasitəsi ilə canlı yayımlanacaq.