ACF rəsmiləri beynəlxalq seminarda iştirak edəcəklər
Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün Macarıstanın Dyor şəhərində seminar keçiriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri də yanvarın 20-21-də keçiriləcək tədbirdə iştirak edəcəklər.
Seminara ACF prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Nazim Umbayev, Fariz Hüseynov, Akif Tahirov, həmçinin veteran cüdoçu Rüstəm Orucov qatılacaqlar.
Ənənəvi olaraq hər il keçirilən seminarda yeni tətbiq edilən qaydalar müzakirə olunacaq və əvvəlki illərdə yaranmış mübahisəli məqamların müzakirəyə çıxarılacaq.