İbrahim Əliyev "bürünc"ə ümid edir, Qardaşxanlı isə 1/8 finalda uduzdu

İbrahim Əliyev "bürünc"ə ümid edir, Qardaşxanlı isə 1/8 finalda uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turniri davam edir.

Mediasport.az xəbər verir ki, kişilərin yarışında İbrahim Əliyev (73 kq) yarımfinalda Daniel Szegeniyə (Macarıstan) uduzub.

O, bürünc medal uğrunda belçikalı Zelemxan Batçayevlə üz-üzə gələcək.

Qadınların mübarizəsində Aytac Qardaşxanlı 1/8 finalda Manon Deketertlə (Fransa) bacarmayıb.

Qran-prinin ilk günündə Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) Ruslan Poladov (66 kq) bürünc medal əldə edib.