Avropa, Amerika və Asiyadan olan idmançılar sonuncu dəfə toplaşır
Cüdo üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün İspaniyanın Benidorm şəhərinə yollanır.
Mediasport.az xəbər verir ki, iyulun 2-də Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə start götürəcək hazırlıq prosesində təkcə Avropa deyil, Asiya və Amerika qitəsindən də yığmaların da iştirakı gözlənilir.
Hazırlığın özəlliyi Olimpiada öncəsi sonuncu beynəlxalq toplanış olmasıdır. Benidormdakı təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək.
Yığmamız bunadək Poreçdə (Xorvatiya) hazırlıq keçib.