Azərbaycan çempionatı: Çimərlik futbolu üzrə turnir başa çatıb
Oğlanlar və qızlar arasında çimərlik futbolu üzrə Azərbaycan çempionatı yekunlaşıb.
Mediasport.az xəbər verir ki, 8 komandanın iştirak etdiyi U-15 oğlanların çempionatının həlledici matçında "Azart" "Baku Football Academy"ni məğlub edib və çempion olub (4:1).
Turnirin bürünc mükafatçısı "Səbail" olub. Fuad Muradov (BFA) 11 qolla çempionatın bombardiri olub. Sirac Quluzadə ("Səbail") ən yaxşı qapıçı, Yaqub Səmədov ("Azart") ən yaxşı oyunçu seçilib.
U-17 qızların mübarizəsində "Sabah" çempion olub. "Baku Sporting" ikinci, "Əhmədli Yunayted" üçüncü yeri tutub.
"Bayquşlar"ın forvardı Tərgül Qəniyeva 8 qolla ən məhsuldar oyunçu olub. Nərgiz Ağalıyeva ("Baku Sporting") ən yaxşı qapıçı, Aylin Kərimova ("Sabah") ən yaxşı futbolçu adına layiq görülüb.