Premyer Liqamızın ən bahalı futbolçuları kimlərdir? - SİYAHI

Premyer Liqamızın ən bahalı futbolçuları kimlərdir? - SİYAHI

Məşhur "Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, "11-lik"də yalnız 3 klubun - "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunçuları yer alıblar.

"Köhlən atlar"ın 6, "ağ-qaralar"ın 3, Masazır təmsilçisinin isə 2 üzvü fərqləndirilib.

Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları:

1. Leandro Andrade ("Qarabağ") - 1.20 milyon avro

2. Yuri Matias ("Neftçi") - 1.20 milyon

3. Emin Mahmudov ("Neftçi") - 1.20 milyon

4. Andre Şinyaşiki ("Neftçi") - 1 milyon

5. Juninyo ("Qarabağ") - 1 milyon

6. Yassin Benzia ("Qarabağ") - 1 milyon

7. Andrey Lunyov ("Qarabağ") - 1 milyon

8. İshak Belfodil ("Sabah") - 900 min

9. Toral Bayramov ("Qarabağ") - 800 min

10. Elvin Cəfərquliyev ("Qarabağ") - 750 min

11. Aleksey İsayev ("Sabah") - 750 min