"Qarabağ"ın mövsümdə son oyununun biletləri satışa çıxarılıb

"Qarabağ"ın mövsümdə son oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turu çərçivəsində saat 19:30-da keçiriləcək “Araz-Naxçıvan” - “Qarabağ” qarşılaşmasının biletləri satşa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər "Azərsun Arena"da baş tutacaq görüşün biletlərini "iticket.az" saytından onlayn şəkildə əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın stadion problemi olduğu üçün "Qarabağ" bu matçda nominal ev sahibi qismində meydana çıxacaq.

Azərbaycan çemipionunun mükafatlandırılması də məhz bu qarşılaşmada baş tutacaq.