Azərbaycan çempionatının lideri iki braziliyalı ilə gücləndi
Futzal üzrə Azərbaycan Yüksək Liqasının lideri “Baku Fire” heyətini iki braziliyalı ilə gücləndirib, biri ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi Paulo Enrike Alveş de Souza və Enrike Suareş Gimaraeşlə yaya qədər müddəti əhatə edən müqavilə bağlayıb.
22 yaşlı futzalçılardan Paulo hücumçudur, son klubu vətənində AABB olub.
Gimaraeş son olaraq Braziliyada "ADİ İndaiatuba"da çıxış edib.
"Baku Fire"nin üzvü Amadeu isə Braziliyanın “Marreko” klubuna transfer olunub.
Qeyd edək ki, Teymur Eyvazovun baş məşqçisi olduğu kollektiv 8 tura 22 xal toplayıb.
İkinci pillədə qərarlaşmış "Neftçi"nin 21 xalı var.