"Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər" - Borisov
"Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandanın baş məşqçisi Vitali Borisov Çexiya ilə matçdan sonra deyib (0:3).
Çalışdırıcı sərəncamında olan futzalçılardan debütant Fərid Abbasovun yoxlama görüşündə zədələndiyini bildirib:
"Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir".
Mütəxəssis yığmada ilk oyunlarını keçirən digər 2 futzalçı - Mirzə Əmirov və Eldar Zeynalov haqda da fikirlərini bölüşüb:
"Eldar bir qədər fərqli oyunçudur. O, "stolb" kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə ilə Fərid verdiyim tapşırıqları yerinə yetirdilər".