Azərbaycan futbolunda oyun alqı-satqısı: Bir neçə futbolçu saxlanılıb

Azərbaycan futbolunda oyun alqı-satqısı: Bir neçə futbolçu saxlanılıb

Azərbaycan futbolunda oyun alqı-satqısı qalmaqalı yenidən gündəmi zəbt edib.

Əsasən, 1 və 2-ci Liqa klublarının iştirakı ilə keçirilən bir neçə oyunda ciddi şübhələr müəyyənləşdirilib.

Bu mənada "öndə" gedən klub 1-ci Liqa təmsilçisi "İrəvan"dır.

Təsadüfi deyil ki, komandada forma geyinən bir neçə futbolçu artıq hüquq-mühafizə orqanları tərəfindən dindirilməyə cəlb edilib.

Məlumatı federasiyadan saytımıza təsdiqləyiblər.

Yekun qərarı AFFA-nın danışılmış oyunlarla əlaqəli fəaliyyət göstərən komissiyası açıqlayacaq.

Mediasport.az