ÇL təmsilçimiz "Sabah"ın "Bazel"lə görüşlərinin təyinatları açıqlandı
UEFA Gənclər Liqasının çempionlar yolunun ikinci təsnifat mərhələsində "Bazel"lə qarşılaşacaq "Sabah"ın hər iki oyununun hakim təyinatı açıqlanıb.
Mediasport.az xəbər verir ki, 23 oktyabrda Bazeldəki qarşılaşmanı xorvatiyalı, 6 noyabrda Bakıda baş tutacaq görüşü qazaxıstanlı baş hakim idarə edəcək.
"Bayquşlar"ın səfər oyunu 21:00-da, ev matçı 18:00-da start götürəcək.
UEFA Gənclər Liqası. Çempionlar yolu. 2-ci təsnifat mərhələsi
23 oktyabr
21:00 "Bazel" - "Sabah"
Baş hakim: Patrik Kolariç.
Baş hakimin köməkçiləri: Luka Payić, İvan Starçeviç (hamısı Xorvatiya).
Dördüncü hakim: Hayrim Qovanaj (İsveçrə).
"St. Yakob-Park" stadionu, İsveçrə.
6 noyabr
18:00 "Sabah" - "Bazel"
Baş hakim: Omarov Rustam (Qazaxıstan).
Baş hakimin köməkçiləri: Aleksey Dolgik, Dmitriy Beloqradov (hamısı Qazaxıstan).
"ASCO Arena", Azərbaycan.