Kamran Quliyev "Neftçi"də toplantı keçirib futbolçularla görüşdü

Kamran Quliyev "Neftçi"də toplantı keçirib futbolçularla görüşdü

"Neftçi"nin Müşahidə Şurasının iclası keçirilib.

mediasport.az xəbər verir ki, iclasda əvvəlcə son 5 ildə görülən işlərlə bağlı hesabat dinlənilib.

Daha sonra növbəti dövrlər üçün klubun ümumi strategiyası, investisiya planları, infrastrukturun layihələri, media və marketinqdə görüləcək işlər haqqında üzvlərə məlumat verilib.

İclasdan sonra Müşahidə Şurasının üzvləri əsas komanda ilə görüşüb.