3 idmançımız İsveçdə Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan millisi İsveçin paytaxtı Stokholmda keçirilən uşu-sanda üzrə Avropa çempionatında uğurla çıxış edib.
Mediasport.az xəbər verir ki, komandamız turnirdə 3 qızıl və 2 gümüş medal qazanıb.
Böyük məşqçi Barətdin Səlimovun rəhbərliyi altında gənclər arasında Amin Əlilli (60 kq) və Həmzə Rəsulzadə (65 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Elçin Muradov (52 kq) yalnız finalda məğlub olaraq, gümüş medala sahib çıxıb.
Böyüklərin mübarizəsində Orxan Hətəmov (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Ruslan Pirəliyev (70 kq) 2-ci yeri tutub.