Yığmamızın futbolçusunun klubu İsveç komandasından 6 qol buraxdı

 Yığmamızın futbolçusunun klubu İsveç komandasından 6 qol buraxdı

Azərbaycan yığmasının futbolçusu Ozancan Kökcünün formasını geyindiyi Finlandiyanın “Helsinki” klubu yoldaşlıq oyunu keçirib.

Mediasport.az xəbər verir ki, yarımmüdafiəçinin komandası İsveçin "Yurqorden” kollektivi ilə qarşılaşıb.

Tərəflər 40 dəqiqədən ibarət 3 hissə oynayıblar.

Yekunda skandinavlar 6:1 hesablı qələbə qazanıblar, Kökcü 65 dəqiqə meydanda olub.