Qadınların və kişilərin yarışında 6-cı turun oyunları keçiriləcək

Qadınların və kişilərin yarışında 6-cı turun oyunları keçiriləcək

Bu gün Azərbaycan Yüksək Liqasında həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları keçiriləcək.

Mediasport.az xəbər verir ki, qadınların mübarizəsində 6-cı tur çərçivəsində "Gəncə" evdə "Milli Aviasiya Akademiyası"nı qəbul edəcək. 

Daha sonra "Abşeron" və "Murov Az Terminal" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qadın voleybolçular arasında günün sonuncu qarşılaşmasında UNEC "Azərreyl"lə qarşılaşacaq.

Kişilərin mübarizəsində isə Yüksək Liqada bir oyun baş tutacaq. 18:00-da start götürəcək qarşılaşmada "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" üz-üzə gələcəklər.

Azərbaycan Yüksək Liqası. 6-cı tur. Qadınların mübarizəsi

15:00 "Gəncə" - "Milli Aviasiya Akademiyası"

Gəncə Olimpiya İdman Kompleksi

16:00 "Abşeron" - "Murov Az Terminal"

GİN-nin Voleybol Mərkəzi

19:00 UNEC - "Azərreyl"

UNEC Voleybol Klububun idman zalı

Kişilərin mübarizəsi

18:00 "Xarı Bülbül Şuşa" - "Xarı Bülbül Laçın"

GİN-nin Voleybol Mərkəzi