Batumidəki final oyunu azərbaycanlı hakimə həvalə edildi

Batumidəki final oyunu azərbaycanlı hakimə həvalə edildi

Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov Gürcüstanın Batumi şəhərində təşkil olunan Avro Çimərlik Futbolu Liqasında (EBSL) B Divizionunun final oyununu idarə edəcək.

Mediasport.az xəbər verir ki, bu gün keçiriləcək həlledici görüşdə Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaqlar.

Bakı vaxtı ilə saat 20:30-da başlayacaq final matçının 2-ci hakimi macarıstanlı Baqi Çaba, 3-cü hakimi gürcüstanlı Kaxa Vaşadze, 4-cü hakimi isə Azərbaycanın digər referisi Nail Nağıyev olacaq.