Azərbaycan klubu avrokubok öncəsi braziliyalı transfer etdi

 Azərbaycan klubu avrokubok öncəsi braziliyalı transfer etdi

Avropa Konfrans Liqasına hazırlaşan "Sumqayıt" yay fasiləsində ilk legioner transferini reallaşdırıb.

Mediasport.az saytına verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi heyətini Fernando Medeyroş da Silva ilə gücləndirib.

Samir Abasovun komandası braziliyalı yarımmüdafiəçi ilə 2 illik müqaviləni razılaşdırıb.

Hazırda Sumqayıt klubunun düşərgəsində olan "sambaçı" "Santos"un yetirməsidir.

Medeyroş ölkəsində "Botafoqo", "Vila Nova", "Bahia", "İtuano", "Konfiansa", "Audaks Rio", "Betim Futbol", İspaniyada "Raya Mayadahonda", Portuqaliyada "Portimonense" komandalarında oynayıb.

28 yaşlı futbolçunun son klubu 2022-ci ilin yayından bu yana Albaniyada "Eqnatiya" olub.