"Sabah"ın İsrail klubu ilə Konfrans Liqası matçı Slovakiyada olacaq
Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Sabah”ın 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə səfər görüşünün yeri dəyişdirilib.
Mediasport.az xəbər verir ki, qaarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Macarıstanda deyil, Slovakiyada baş tutacaq.
Debresendəki arenada oyunun keçiriləcəyi saatda başqa tədbir olduğu üçün bu addım atılıb. İsraillilər “Sabah”dan iyulun 25-dəki ilk matçın Bakıda oynanılmasını xahiş etsələr də, təmsilçimiz buna razı olmayıb.
Xatırladaq ki, cavab dueli avqustun 1-də Bakıda keçiriləcək.