"Sabah" serblərə məğlub olub

"Sabah" serblərə məğlub olub

"Sabah" Basketbol Klubu Serbiyada keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionunun FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində ilk rəqibi Serbiyanın "Vrsaç" klubu olub.

"Millenium" arenasında keçirilən və oyunun gedişində əldə olunan razılığa əsasən 3 period davam edən görüş rəqibin 62:57 hesablı qələbəsi ilə başa çatıb.