Azərbaycan klubundan ayrılan vinger ABŞ-də oynayacaq - RƏSMİ
"Sabah"dan ayrılan Jarl Marqaritanın yeni klubu məlum olub.
Mediasport.az xəbər verir ki, niderlandlı futbolçu karyerasını ABŞ-də davam etdirəcək.
24 yaşlı vinger 2-ci Liqada mübarizə aparan "Feniks Rayzinq" klubu ilə müqavilə bağlayıb, anlaşmanın detalları açıqlanmayıb.
Xatırladaq ki, Kurasao əsilli Marqarita Azərbaycan klubunda 2023/2024-cü illər mövsümündə 23 rəsmi oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.