Azərbaycan klubunun yunanlarla görüşlərinin vaxtları dəqiqləşib

Azərbaycan klubunun yunanlarla görüşlərinin vaxtları dəqiqləşib

“Çelenc Kuboku”nda 1/16 final görüşünə hazırlaşan "Xarı Bülbül Şuşa” voleybol klubunun oyunlarının vaxtları açıqlanıb.

Mediasport.az xəbər verir ki, Qarabağ təmsilçisi bu mərhələdə Yunanıstanın "Panatinaikos" komandası ilə qarşılaşacaq.

1/32 finalda Slovakiyanın “Spartak Miyava" klubunu mübarizədən kənarlaşıran təmsilçimizin yunanlarla ilk dueli noyabrın 21-də Bakıda baş tutacaq.

GİN-nin Voleybol Mərkəzində keçiriləcək oyun saat 19:00-da start götürəcək.

Komandalar arasında cavab qarşılaşması noyabrın 29-da oynanılacaq və matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.