Yığmamız EEVZA-nın çempionatında iştirak edəcək

Yığmamız EEVZA-nın çempionatında iştirak edəcək

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Latviyanın Dauqavpils şəhərində təşkil olunacaq Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yarışda 6 ölkənin yığması mübarizə aparacaq.

Komandamız Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa seçmələri ilə qarşılaşacaq. Turnir 21-25 noyabr tarixlərində keçiriləcək.

AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.