Azərbaycan çempionatında yeni mövsüm start götürüb

Azərbaycan çempionatında yeni mövsüm start götürüb

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümü start götürüb.

Mediasport.az xəbər verir ki, Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçısı “Neftçi” və son çempion “Murov Az Terminal” klubları qarşılaşıblar.

Görüş “Murov Az Terminal”ın qələbəsilə yekunlaşıb - 3:1.

Günün digər matçında “Azərreyl” MOİK-ə şans verməyib - 3:0.