Zümrüd Ağayeva Yunanıstan - Monteneqro oyununa təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti dəfə təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan - Monteneqro oyununun UEFA nümayəndəsi olacaq
C liqasının görüşü mayın 31-i, saat 19:00-da başlanacaq.
Qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.