Azərbaycan milli komandalarından Belarusda biabırçı məğlubiyyətlər
Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət qız və oğlan milli komandaları Belarusun paytaxtı Minskdə keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə biabırçı məğlubiyyətlər alıblar.
Mediasport.az xəbər verir ki, ispaniyalı Alberto Blankonun rəhbərlik etdiyi oğlanlardan ibarət yığmamız ilk dueldə Belarusun U-16 komandasına 21:79 hesabı ilə məğlub olub.
Komandamız ikinci görüşündə “Lokomotiv-Kuban” klubuna daha böyük hesabla (20:80) uduzub.
Qızlardan ibarət millimiz də türkiyəli Evren Alkayanın baş məşqçiliyində fiasko yaşayıb. Yığmamız Belarusun U-16 komandasına 27:91, “Samara”ya isə 42:94 hesabı ilə yenilib.
Yarışa bu gün yekun vurulacaq.
Oğlanlardan ibarət millimiz Qırğızıstan seçməsi, qız basketbolçularımız isə Mıtişşinin şəhər millisi ilə qarşılaşacaq.