AFFA-dan SON QƏRAR: Yeni baş məşqçi bugünlərdə AÇIQLANACAQ
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin kimliyi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi artıq yekun qərar qəbul edib.
Yaxın günlərdə İK-in növbəti toplantısı baş tutacaq və yığmanın çalışdırıcısının kimliyi orada açıqlanacaq.
Təqdimatın ən pis halda iyunun ortasına qədər ediləcəyi gözlənilir.
Xatırladaq ki, yığmanın baş məşqçi postu 2023-cü ilin noyabrında istefa verən Canni De Byazidən sonra boş qalıb.