Azərbaycan millisi Bolqarıstan, Tanzaniya və Monqolustana qarşı - Bakıda FİFA-nın turniri olacaq

Azərbaycan millisi Bolqarıstan, Tanzaniya və Monqolustana qarşı - Bakıda FİFA-nın turniri olacaq

FİFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək.

Mediasport.az xəbər verir ki, ali futbol qurumunun layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə mini turnir təşkil olunacaq.

Dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin martda Bakıda keçirilməsi nəzərdə tutulub.

Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq yarış barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.

AFFA FİFA-nın yeni layihəsini dəstəkləyir və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edir.