Azərbaycan millisindən təklif aldı: "Mənim vətənim Rusiyadır, öz ölkəmi təmsil etmək istərdim"
Rusiyanın "Zenit" klubunun yetirməsi, hazırda "Orenburq"da çıxış edən Azərbaycan əsilli müdafiəçi Artyom Qasımov "Matç TV"yə müsahibə verib.
Mediasport.az xəbər verir ki, 21 yaşlı futbolçu AFFA-dan təklif aldığını açıqlayıb.
Azərbaycanla bağlılığın var?
- Bəli, var. Mənim bilmədiyim başqa ölkə ilə bağlılığım da mümkündür. Amma əsasən iki ölkə ilə bağlılığım var: Azərbaycan və Rusiya.
Bakıda qohumların var?
- Bakıda yox, paytaxt yaxınlığında yerləşən Sumqayıtda var.
Azərbaycanda sizin haqqınızda məlumat var? Söhbət milli komandadan gedir...
- Hələ “Zenit”də, akademiyada və gənclər komandasında olanda Avropa çempionatının seçmə mərhələsinə getmək variantım var idi. Lakin sonra imtina etdim, çünki uşaqlıq arzum Rusiya millisində oynamaq idi. Azərbaycan millisinin təklifindən imtina etdikdən iki ay sonra Rusiyanın gənclərdən ibarət yığmasına cəlb olundum. Ona görə də hər şeyi düzgün etdiyimi düşünürəm. Mənim vətənim Rusiyadır. Mən süni şəkildə başqa ölkəni deyil, öz ölkəmi təmsil etmək istərdim.
Gələcəkdə Azərbaycanın əsas komandasında oynamaq variantın qalıb?
- Yəqin ki, hər şey mümkündür. Mən heç nəyi inkar etməyəcəyəm. Amma hazırda Rusiya yığmasında olmaq istərdim.