"Neftçi Arena"nın xarici görkəmi niyə dəyişdirilmir? - AÇIQLAMA

"Neftçi Arena"nın xarici görkəmi niyə dəyişdirilmir? - AÇIQLAMA

Bir neçə ay əvvəl "Neftçi"nin ev oyunlarını keçirdiyi stadionun adı "Neftçi Arena"ya dəyişdiriləndə klubun baş icraçı direktoru Fərrux Mahmudov idman qurğusunun xarici görünüşündə də yeniliklərin olacağını bildirmişdi.

Üstündən xeyli müddət keçsə də, hələlik stadionun xarici görkəmində dəyişiklik yoxdur.

Paytaxt klubuna "Neftçi Arena"nın çöl görünüşünün tərtibatı yenilənməli, xüsusi panel qoyulmalı idi. Bununla bağlı işlər nə yerdədir" sualı ilə müraciət etdik.

Mətbuat xidmətinin əməkdaşı Xəyalə Şahlarlı Mediasport.az saytının sorğusuna belə cavab verib:

"Stadionla bağlı hazırda hər hansısa iş planda yoxdur. Müəyyən təmir işləri nəzərdə tutulub, amma bununla bağlı Müşahidə Şurasının qərarını gözləyirik".

Qeyd edək ki, "ağ-qaralar"ın ev oyunlarını keçirdiyi stadionun adı ötən ilin avqustunda - UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Beşiktaş"la oyunundan öncə dəyişdirilib.