Millimiz Latviyaya qarşı
Avropa çempionatının ilkin seçmə mərhələsində 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti matçını keçirəcək.
Mediasport.az xəbər verir ki, onlar start fiti 14:00-da veriləcək qrupdakı son qarşılaşmada Latviyanın qonağı olacaqlar.
Xatırladaq ki, U-19 Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.