Daha bir azərbaycanlı futbolçu Albaniya Superliqasında oynayacaq
Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov karyerasını Albaniya təmsilçisi "Biliş"də davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 31 yaşlı hücumçu 2024/2025 mövsümündə Superliqa komandasının uğurları üçün çalışacaq.
"Bilis" Albaniya çempionatının cari mövsüm ilk 5 turunda 5 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.
Amil buna qədər formasını geyindiyi "Kəpəz"də ötən mövsüm bütün turnirlər daxil, 29 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə edib.
Yunanov milli komandada debütünü 26 may 2016-cı ildə edib, yığmada ümumilikdə 5 maç keçirib.
Xatırladaq ki, azərbaycanlı digər futbolçu Zamiq Əliyev də Albaniya klubunda ("Eqnatia") forma geyinir.