"Sumqayıt"ın tarixi qələbəsi

"Sumqayıt"ın tarixi qələbəsi

“Sumqayıt” tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, Samir Abasovun yetirmələri buna Azərbaycan kubokunun II təsnifat mərhələsində imza atıblar.

“Gənclik şəhəri” təmsilçisi “Lerik”lə səfər görüşündə 6:0 hesablı qələbə qazanıb. Bu, 2010-cü ildə yaradılan klubun tarixində 6 top fərqli ilk qələbədir.

“Sumqayıt” bunadək ən böyük qələbəsini Premyer Liqada əldə edib. 2022-ci il mayın 21-də “Səbail”lə ev görüşündə “Gənclik şəhəri” təmsilçisi 5 cavabsız qolla qalib gəlib.