Azərbaycan Premyer Liqası klubu AFFA-nı məhkəməyə verdi!

Azərbaycan Premyer Liqası klubu AFFA-nı məhkəməyə verdi!

"Səbail" Peşəkar Futbol Klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) məhkəməyə verib.

Mediasport.az xəbər verir ki, işə Xətai Rayon Məhkəməsində baxılacaq. 

İddia üzrə hakim Sahibə Hacıyeva təyin olunub.

Məhkəmə çəkişməsinin səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.