Mahirin komandası pley-offa qələbə ilə başladı - Avropa Liqası

Mahirin komandası pley-offa qələbə ilə başladı - Avropa Liqası

Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib.

mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) ilk matçını evdə keçirib.

Xorvatiya təmsilçisi yeni baş məşqçi Sergey Yakiroviçin debütündə "Sparta" ilə qarşılaşıb. Emrelinin meydana 65-ci dəqiqədə çıxdığı görüş meydan sahiblərinin qələbəsilə yekunlaşıb.

Komandalar arasındakı cavab görüşü bir həftə sonra Çexiyada olacaq.


UEFA Avropa Liqası. Pley-off mərhələsi. İlk oyun


"Dinamo" (Zaqreb, Xorvatiya) - "Sparta" (Praqa, Çexiya) 3:1

Qollar: Dario Şpikiç, 44, Dino Periç, 59, Luka İvanuşeç, 61 - Ladislav Kreyçi, 39.