Moldova yığmasının üzvü Azərbaycan Premyer Liqası klubunda - RƏSMİ

Moldova yığmasının üzvü Azərbaycan Premyer Liqası klubunda - RƏSMİ

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

mediasport.az xəbər verir ki, Azər Bağırovun komandası Moldova yığmasının qapıçısı Kristian Avramla anlaşıb.

193 sm boya malik qolkiperlə 1 illik müqavilə bağlanıb. 29 yaşlı Avramın son klubu vətənində “Petrokub” olub. O, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo -Avto”, “Daçia” komandalarında çıxış edib. 2021-ci ildən dəvət aldığı millidə 11 oyun keçirib.

Qeyd edək ki, naxçıvanlılar buna qədər Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaui, Elvis Maşike, İqor Ribeiro, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev, Zamiq Əliyevlə müqavilə imzalayıblar.