Azərbaycan yığması EEVZA-da növbəti oyununda da məğlub olub

Azərbaycan yığması EEVZA-da növbəti oyununda da məğlub olub

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu komandamız bu dəfə Latviya yığmasına uduzub - 0:3 (11:25, 9:25, 20:25).

Millimiz ilk matçında Estoniyaya eyni hesabla məğlub olmuşdu. U-20 Ukrayna, Litva və Polşa milliləri ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.