Debütant "Murov"a şans vermədilər
Voleybolçu qadınlar arasında Azərbaycan Yüksək Liqasında I dövrəyə yekun vurulub.
mediasport.az xəbər verir ki, 3-cü tur çərçivəsində "Abşeron" autsayder UNEC-lə qarşılaşıb.
Voleybol Mərkəzində keçirilən matçda Famil Ağayevin rəhbərlik etdiyi komanda inamlı qələbə qazanıb - 3:0 ( (25:13, 25:19, 25:16).
Lider "Azərreyl" isə debütant "Murov"a şans verməyib - 3:1. Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” ikinci, ondan 3 xal geri qalan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.