Yığmamızın üzvü Cənubi Koreya klubu ilə yeni müqavilə bağladı

Yığmamızın üzvü Cənubi Koreya klubu ilə yeni müqavilə bağladı

Azərbaycan yığmasının futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubu ilə yeni müqavilə bağlayıb.

Mediasport.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin anlaşması 2027-ci il dekabrın 31-dək nəzərdə tutulub.

Krivotsyuk müqavilə haqda klubun mətbuat xidmətinə bunları deyib:

"Müqavilə müddətini yenilədiyim üçün çox şadam. Ailəmə və hər şeyə görə Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiniz".

Qeyd edək ki, Krivotsyuk Asiya ölkəsində 2023-cü ilin fevralından çıxış edir.