Yığma komandamız AÇ üçün pley-off oynamaq imkanı qazanmayıb
AVRO-2024-ün seçmə qrup mərhələsində 10-cu turun oyunları davam etdirilir.
Mediasport.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası pley-off oyunları keçirmək imkanı qazana bilməyib.
Buna səbəb Qazaxıstan yığmasının Sloveniya səfərində uduzması olub.
Maqomed Adıyevin komandası Lyüblyanada qələbə qazansaydı, milli komandamız qitə çempionatına yollanmaq üçün yarımfinal və final görüşləri keçirəcəkdi.
Qazaxlar meydan sahiblərinə 1:2 hesabı ilə məğlub olublar. Beləcə, pley-off şansından UEFA Millətlər Liqasının C qrupunda lider olmuş Qazaxıstan futbolçuları istifadə edəcəklər.
Qazaxıstan kimi, Ukrayna millisi də pley-off oyunları keçirəcək. Sergey Rebrovun komandası qrup mərhələsinin son turunda İtaliyaya qalib gələ bilməyib.
Almaniyada keçiriləcək qitə çempionatına yollanmaq üçün son tura qədər şansı olan Moldova yığması da Çexiyaya uduzaraq vəsiqə qazana bilməyib.
Bu nəticələrdən sonra İtaliya, Sloveniya və Çexiya növbəti vəsiqələrin sahibləri olublar.
Daha əvvəl isə Serbiya, Niderland, Rumıniya, İsveçrə, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, İspaniya, Belçika, Danimarka, Macarıstan, Türkiyə, Albaniya, Avstriya, Şotlandiya və Slovakiya milli komandaları AÇ-yə vəsiqə əldə ediblər.
AVRO-2024. Seçmə qrup mərhələsi. 10-cu tur
C qrupu
Şimali Makedoniya – İngiltərə 1:1
Ukrayna – İtaliya 0:0
Xal durumu: İngiltərə - 20, İtaliya – 14, Ukrayna – 14, Şimali Makedoniya – 8, Malta – 0.
E qrupu
Albaniya – Farer adaları 0:0
Çexiya – Moldova 3:0
Xal durumu: Albaniya – 15, Çexiya – 15, Polşa – 11, Moldova – 10, Farer adaları – 2.
H qrupu
Şimali İrlandiya – Danimarka 2:0
San Marino – Finlandiya 1:2
Sloveniya – Qazaxıstan 2:1
Xal durumu: Danimarka – 22, Sloveniya – 22, Finlandiya - 18 Qazaxıstan – 18, Şimali İrlandiya – 9, San Marino - 0.