"Yoldaşlıq oyunu olsa da, futbolçular matça çox ciddi yanaşdılar"
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə" ilk yoxlama oyununu keçirib.
MediaSport.az xəbər verir ki, qəsəbə təmsilçisi "Kəpəz" üzərində qələbə qazanıb - 2:1.
Komandanın baş məşqçisi Rəşad Sadıqov matç haqqında fikirlərini bölüşüb:
- Artıq 20 gündür ki, məşqlərə başlamışıq. Hazırlıq prosesi çərçivəsində ilk oyunumuz idi. Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar. Söhbət nəticədən getmir. Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir. Ümumən komandamın çıxışından razı qaldım.