Azərbaycanın 4 gimnasti Litvada keçiriləcək turnirdə iştirak edəcək

  Azərbaycanın 4 gimnasti Litvada keçiriləcək turnirdə iştirak edəcək

4-5 oktyabrda Litvanın Vilnüs şəhərində bədii gimnastika üzrə "Dalia Kutkaite Cup" adlı beynəlxalq yarış keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnirdə iştirak edəcək Azərbaycan gimnastlarına məşqçilər Ukleina Valentina və ⁠Nəzrin Cəfərzadə rəhbərlik edəcəklər.

İlona Zeynalova və Zəhra Cəfərova fərdi böyük yaş qrupu üzrə, Azadə Atakişiyeva və Məryəm Baloğlanova fərdi yeniyetmə yaş qrupu üzrə yarışlarda mübarizə aparacaqlar.

Aysel Həsənova hakim vəzifəsində ölkəmizi təmsil edəcək.