Bakıdakı Avropa çempionatında ilk finalçılar müəyyənləşdi - FOTOLAR

Bakıdakı Avropa çempionatında ilk finalçılar müəyyənləşdi -  FOTOLAR

Azərbaycanın ev sahibliyi etdiyi "TeamGym" üzrə Avropa çempionatında ilk finalçılar bəlli müəyyənləşib.

Mediasport.az xəbər verir ki, turnirin birinci günündə yeniyetmələr arasında təsnifat mərhələsi baş tutub.

Kişilərin mübarizəsində Danimarka, Norveç, İsveç, Böyük Britaniya və İslandiya həlledici mərhələyə vəsiqə qazanıblar.

Qadınların yarışında Danimarka, Norveç, Böyük Britaniya, İslandiya Finalndiya və İtaliya medallar uğrunda yarışacaq.

Qarışıq komanda yarışılarında İslandiya, Böyük Britaniya, Danimarka, Norveç və İsveç finala adını yazdırıb.

Yeniyetmələrin mübarizəsində qaliblər sabah bəlli olacaq.