"Bakıda təlim-məşq toplanışında iştirak etmək gözəl təcrübədir"
Milli Gimnastika Arenasında hazırlıq keçən tailandlı bədii gimnast Sikkhari Suttiraqsa Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, arenadakı şəraitin yüksək səviyyədə olduğunu deyib:
"Əsas üstünlük odur ki, yeməkxanaya asanlıqla gedib-gələ bilirik. Burada çoxlu biliklər əldə edəcəyimə inanıram. Yeni çıxışımın üzərində işləyirik. Eləcə də, balet və rəqs dərsləri keçirəm. Hazırda isə Bakıda təşkil olunacaq Dünya Kubokuna hazırlaşıram. Bakıda təlim-məşq toplanışında iştirak etmək olduqca gözəl təcrübədir".
Xatırladaq ki, bədii gimnastika üzrə Dünya Kuboku aprelin 19-21-də Milli Gimnastika Arenasında keçiriləcək.