Nur 2-ci, Məryəm isə 3-cü oldu

  Nur 2-ci, Məryəm isə 3-cü oldu

Monteneqronun Budva şəhərində bədii gimnastika üzrə Balkan Kuboku keçirilir.

Mediasport.az xəbər verir ki, gürzlərlə hərəkətlərdə Nur Sadıqova gümüş, Məryəm Baloğlanova bürünc medala layiq görülüblər.

Fərdi proqramda Şəms Ağahüseynova və Zəhra Cəfərova qızıl medal qazanmışdı.